Ceyhun Bayramov - İrakli Ğaribaşvili ilə görüşdə Azərbaycan ilə Gürcüstan arasında dostluq və hərtərəfli əməkdaşlığın daha da möhkəmləndirilməsinin vacibliyi vurğulandı
Azərbaycanın Xarici İşlər naziri, Ceyhun Bayramov Gürcüstanın baş naziri İrakli Ğaribaşvili ilə görüşdən “tvitter” sosial şəbəkəsində yazır.
“Gürcüstanın baş naziri İrakli Ğaribaşvili ilə görüşüm oldu. Biz Gürcüstan və Azərbaycanın strateji partnyorluğu və bölgədəki vəziyyətlə bağlı məsələləri müzakirə etdik. Azərbaycan ilə Gürcüstan arasında dostluq, səmərəli və hərtərəfli əməkdaşlığın daha da möhkəmləndirilməsinin vacibliyi vurğulandı”, – Ceyhun Bayramov yazır.
Azərbaycan və Ermənistan Respublikalarının Xarici İşlər nazirləri bu gün Gürcüstana səfər etdilər.
Səfər çərçivəsində Ceyhun Bayramov və Ararat Mirzoyan Gürcüstanın naş naziri İrakli Ğaribaşvili, eləcə də Gürcüstanın Xarici İşlər naziri İliya Darçiaşvili ilə görüşlər keçirdilər, bundan sonra Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin rəhbərliyi ilə ikitərəfli formatda görüş keçirildi.