Ceyhun Bayramov - Ermənistanla sülh sazişi layihəsinin əsas maddələri razılaşdırılıb
Ermənistanla sülh sazişi layihəsinin əsas maddələri razılaşdırılıb,- bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib.
Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, o, rəqəmləri açıqlamaq istəmir, lakin hələ də razılaşdırılmalı olan vacib məqamlar var.
“Azərbaycan Ermənistanla sülh danışığı prosesinin təşəbbüskarıdır. Azərbaycan tərəfi Ermənistanla danışıqları yekunlaşdırmağa hazırdır. Bu, hər iki tərəfdən asılı olan prosesdir”, – deyə Ceyhun Bayramov bildirib.