Ceyhun Bayramov - Dünən xoş oyun gördük, bu gün mən Tbilisiyə gələndə bu ab-hava hər yerdə hiss olunurdu, cənab nazir, sizi və gürcü xalqını təbrik etmək istəyirəm
Ceyhun Bayramov - Dünən xoş oyun gördük, bu gün mən Tbilisiyə gələndə bu ab-hava hər yerdə hiss olunurdu, cənab nazir, sizi və gürcü xalqını təbrik etmək istəyirəm

 
Gürcüstanda səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov gürcü xalqını və həmkarı İlia Darçiaşvilini Gürcüstan futbol yığmasının Avro-2024-də dünənki qələbəsi münasibətilə təbrik edib.

O, Gürcüstan yığmasının tarixi nailiyyətlərinin olduğunu bildirib.

“Şəxsən mən və mənim həmkarlarım üçün Gürcüstanda olmaq hər zaman xoşdur, ancaq bizim bu səfərimiz çox mühüm bir zamana təsadüf edir və onu daha da cəlbedici edir. Bu günlər ərzində biz Gürcüstan milli komandasının tarixi nailiyyətlərini gördük, Gürcüstan milli yığmasının ilk dəfə Avropa çempionatına vəsiqə qazanması ilk tarixi qələbə idi, dünən isə Gürcüstan yığmasının növbəti mərhələyə keçməsi ilə möhtəşəm nəticəni gördük. Çox xoş oyun gördük. Bu gün mən Tbilisiyə gələndə hava limanından şəhərə qədər hər yerdə bu ab-hava hiss olunurdu. Cənab nazir, sizi və gürcü xalqını təbrik etmək istəyirəm”- deyə Ceyhun Bayramov açıqlayıb.