Cey Di Vens –“Flydubai” hadisəsini İranla əlaqələndirən hər hansı inandırıcı sübut görməmiş

20:53, 05.10.2026

“Flydubai” hadisəsini İranla əlaqələndirən hər hansı inandırıcı sübut görməmişəm”, – ABŞ-ın vitse-prezidenti Cey Di Vens bildirib.

ABŞ-nin vitse-prezidentinin sözlərinə görə, İranın iştirakına gəldikdə isə, bu məsələyə cavab vermək Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Con Retkliffin və kəşfiyyat sahəsinin nümayəndələrinin səlahiyyətidir.

“Hər hansı bir bəyanatla hadisələri qabaqlamaq istəmirəm. Bu, əlbəttə ki, nəzərdən keçirdiyimiz bir məsələdir, lakin hələlik hər hansı bir yekun və ya həlledici nəticə gördüyümü deyə bilmərəm”, – deyə Cey Di Vens qeyd edib.

Oxşar