Çətin meteoroloji şəraitlə əlaqədar magistralların müxtəlif hissələrində xüsusi hərəkət rejimləri yaradılıb
Bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar Departamentinin məlumatında deyilir.
Gürcüstan ərazisində intensiv qar, çovğun, uçqun təhlükəsi və çətin meteoroloji şəraitlə əlaqədar magistralların müxtəlif hissələrində xüsusi hərəkət rejimləri yaradılıb.
Qurumdan verilən məlumata görə, hazırda yollar təmizlənir, texniki duz tökülür.
“Güclü qar səbəbindən beynəlxalq əhəmiyyətli Tbilisi-Senaki-Leselidze avtomobil yolunun 50 km-lik 158-ci hissəsində, daxili əhəmiyyətli Qomi-Saçxere-Çiatura-Zestafoni avtomobil yolunda, beynəlxalq əhəmiyyətli Xaşuri-Axaltsixe-Vale avtomobil yolunda, beynəlxalq əhəmiyyətli Axalkalaki-Kartsax avtomobil yolunda, daxili əhəmiyyətli Kutaisi (Şəhidlər)-Tkibuli-Ambrolauri avtomobil yolunun 39-km 62-ci (Nakerala keçidi) hissəsində və daxili əhəmiyyətli Saçxərə (Sareki)-Uzunta-Şkmeri-Zudali avtomobil yolunda qoşqulu və yarımqoşqulu avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
Uçqun təhlükəsi ilə əlaqədar beynəlxalq əhəmiyyətli Mtsxeta-Stefantsminda-Larsi avtomobil yolunun Qudauri (Post)-Kobi hissəsində bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib. Çətin meteoroloji şəraitlə (qar, çovğun və görmə məhdudluğu) ilə əlaqədar Vaziani-Qombori-Telavi avtomobil yolunun daxili əhəmiyyətli, km 36-km 64-cü (Verona-Telavi) hissəsində, beynəlxalq əhəmiyyətli Axalsixe-Ninotsminda avtomobil yolunun km90-km112 (Ninotsminda-Ermənistan sərhədi) hissəsində, Batumi (Angisa)-Axaltsixe avtomobil yolunun daxili dövlət əhəmiyyətli hissəsində, km 86-km 106 (Paksadzebi-Kurorti Qoderdzi kəndi), Respublika əhəmiyyətli Niçbisi-Didqori-Didi Toneti avtomobil yolunda və çətin meteoroloji şəraitə görə (çovğun, görmə məhdudluğu) – milli əhəmiyyətli Koda-Partsxisi-Manglisi-Tsalka-Ninotsminda avtomobil yolunun km94-km146 (Ayazma-Ninotsminda) hissəsində, də nəqliyyatın hərəkəti müvəqqəti qadağan edilib.
Yollar təmizlənir, texniki duz vurulur. Bununla belə, meteoroloji şərait hələ də ağırdır, ona görə də sürücülərdən xahiş edirik ki, baxımlı, mövsümi qış təkərləri ilə avtomobil idarə etsinlər və maksimum diqqət göstərsinlər”, – deyə qurumun məlumatında bildirilir.