Cessika Rosvall - İsveç Avropa Komissiyasının Ukrayna, Gürcüstan və bütün namizəd ölkələr üçün həyati əhəmiyyət kəsb edən genişlənmə ilə bağlı tövsiyəsini dəstəkləyir
İsveçin Avropa məsələləri üzrə naziri Cessika Rosvall bildirib ki, İsveç Ukrayna, Gürcüstan və bütün namizəd ölkələr üçün həyati əhəmiyyət kəsb edən genişlənmə ilə bağlı Avropa Komissiyasının tövsiyələrini dəstəkləyir.
Onun qeyd etdiyi kimi, İsveç bu qərarın qəbulu üçün çalışır.
“Avropa İttifaqının genişlənməsi bizim yaşadığımız geosiyasi vəziyyətdə çox vacibdir. İsveç hökuməti genişlənmə ilə bağlı Avropa Komissiyasının tövsiyələrini dəstəkləyir. İsveç bu qərarı qəbul etməyə çalışır. Bu, Ukrayna, Gürcüstan və bütün digər namizəd ölkələr üçün həyati əhəmiyyət kəsb edir. İsveç hökuməti bu tarixi həftədə bunun üçün çalışır”, – Cessika Rosvall bildirib.