Çernobılda təxminən 20 hektar əraziyə yayılmış yanğını söndürməyə çalışırlar
Çernobılda təxminən 20 hektar əraziyə yayılmış yanğını söndürməyə çalışırlar

 
Çernobıl zonasında bir neçə gün əvvəl baş vermiş yanğını bu vaxtadək söndürməyə çalışırlar. Ukraynanın Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına əsasən, yanğının söndürülməsi prosesində 120 yanğınsöndürən-xilasedici iştirak edir.

Radiasiya-kimyəvi müdafiə mütəxəssisləri ərazini daim yoxlayırlar. Onların məlumatına əsasən, hazırda radiasiya fonu norma daxilindədir.

Mövcud məlumata əsasən, Çernobıl Atom Elektrik Stansiyasının dırnaqarası təcris zonasının ərazisində yanğın təxminən 20 hektar əraziyə yayılıb.

Yanğına görə Kiyevin Vilayət Administrasiyası sakinləri diqqətli olmağa çağırıb.

“Yanğın, eləcə də Kiyev vilayətinin Brovari rayonunda torfun əriməsi səbəbindən tüstülənmə ola bilər. Bu səbəbdən sizə uzun müddət küçədə qalmamağı və pəncərələri bağlamağı məsləhət görürük” – Kiyevin Vilayət Administrasiyasının rəhbəri Ruslan Kravçenko bildirib.