Cənubi Koreyada hərbi vəziyyət ləğv edilib
Cənubi Koreya prezidenti Yoon Sokun Nazirlər Kabineti fövqəladə vəziyyəti ləğv edib.
Sözügedən qərar Yun Sokun müraciətindən sonra Prezidentin Nazirlər Kabineti tərəfindən qəbul edilib.
Medianın məlumatına görə, prezident hərbi vəziyyətin ləğvini elan etdikdən sonra Milli Assambleyanın binası qarşısında toplaşan insanlar bayram keçirməyə başlayıblar.
Məlumat üçün bildirək ki, bundan əvvəl Cənubi Koreya prezidenti ölkədə fövqəladə vəziyyət elan etmiş və bununla da azad və demokratik ölkəni bərpa edəcəyini qeyd etmişdi. Hərbi vəziyyət elan edildikdən sonra qanunverici orqanın girişi polis tərəfindən kəsilib, asayiş keşikçiləri ilə nümayişçilər arasında toqquşma baş verib. Daha sonra Cənubi Koreya parlamenti ölkədə hərbi vəziyyətin ləğvini dəstəkləyib.