Cənubi Koreyada baş verən təyyarə qəzasında ölənlərin sayı 176-ya çatıb
Cənubi Koreyada baş verən təyyarə qəzasında ölənlərin sayı 176-ya çatıb. Əraziyə 1500-dən çox təcili yardım işçisi səfərbər olunub.
Yanğınsöndürmə xidmətinin məlumatına görə, hazırda sağ qalanların sayı dəyişməzdir. Hər ikisinin sağ qalan ekipaj üzvləri olduğu təsdiqlənib. Səhiyyə rəsmiləri onların həyatlarına təhlükə olmadığını deyirlər.
Prezident səlahiyyətlərini icra edən Çoi Sanq-mok ərazini xüsusi fəlakət zonası elan edib.
Bu, 1997-ci ildə Koreya Hava Yollarına məxsus Boeing 747 təyyarəsinin Quam cəngəlliklərində qəzaya uğraması və 228 nəfərin ölümündən sonra Cənubi Koreyada ən ölümcül təyyarə qəzasıdır.