Cənubi Koreyada baş verən təyyarə qəzasında ölənlərin sayı 122-yə çatıb
Cənubi Koreyada baş verən təyyarə qəzasında ölənlərin sayı 122-yə çatıb. Yanğınsöndürmə xidmətinin məlumatına görə, qalan sərnişinlərin və ekipaj üzvlərinin əksəriyyətinin öldüyü güman edilir.
Yanğınsöndürmə xidmətinin məlumatına görə, sağ qalanların hər ikisinin ekipaj üzvü olduğu təsdiqlənsə də, hazırda sağ qalanların sayı dəyişməyib.
Prezident səlahiyyətlərini icra edən Çoi Sanq-mok ərazini xüsusi fəlakət zonası elan edib.
Muan Beynəlxalq Hava Limanından bütün daxili və beynəlxalq reyslər ləğv edilib.
Xatırladırıq ki, təyyarə qəzası yerli vaxtla saat 09:00-da baş verib. Təyyarədə 181 nəfər olub. Taylandın Banqkok şəhərindən Muan hava limanına uçan Jeju Air təyyarəsi uçuş-enmə zolağından çıxaraq divara çırpılıb və alovlanıb.