Cənubi Koreya mediası - Şimali Koreyalı əsgərlər demilitarizasiya zonasından Cənubi Koreyanın ərazisinə keçiblər, xəbərdarlıq atəşindən sonra isə geri qayıdıblar
Cənubi Koreya mediası - Şimali Koreyalı əsgərlər demilitarizasiya zonasından Cənubi Koreyanın ərazisinə keçiblər, xəbərdarlıq atəşindən sonra isə geri qayıdıblar

 
Demilitarizasiya zonasında işləyən Şimali Koreyalı əsgərlər Cənubi Koreyanın ərazisinə keçiblər.

Cənubi Koreya mediasının yaydığı məlumatda, 30-a yaxın Şimali Koreyalı əsgərin sərhəd zonasını keçdiyi deyilir. Cənubi Koreyadan açılmış xəbərdarlıq atəşindən sonra isə onlar geri qayıdıblar.

Oxşar hadisə iyunun 9-da da qeydə alınıb. Şimali Koreya minaların döşənməsi, divarların tikintisi və hərbi əməliyyatlar üçün yolların çəkilməsi kimi bir sıra tədbirləri həyata keçirmək məqsədilə aprel ayından sonra yüzlərlə əsgərini cəbhə xəttinə yerləşdirib.

“Bu hərəkətlər görünür, Şimali Koreyanın hərbçiləri və sakinlərinə daxili nəzarəti gücləndirmək və onların sərhədi keçmək cəhdlərinin qarşısını almaq üçün tədbirlərdir” – Cənubi Koreyanın Birləşmiş Qərargahının bəyanatında deyilir.