"CENTRUM AIR" Daşkənd-Tbilisi istiqamətində fəaliyyətə başlayır
"CENTRUM AIR" Daşkənd-Tbilisi istiqamətində fəaliyyətə başlayır

 

Daha bir özbək aviaşirkəti “CENTRUM AIR” Daşkənd-Tbilisi istiqamətində fəaliyyətə başlayır. Məlumatı “TAV Georgia” yayır.

Aviaşirkət 2023-cü ilin yay naviqasiya mövsümündə mayın 13-dən etibarən həftədə bir tezliklə birbaşa çarter reysləri həyata keçirəcək.

Gürcüstan və Özbəkistanın paytaxtları arasında müntəzəm uçuşlar hazırda “Uzbekistan Airlines” tərəfindən həyata keçirilir. Aviaşirkət Daşkənd-Tbilisi-Daşkənd istiqamətində həftədə üç dəfə uçuşlar həyata keçirir.