Cenevrədə Parlamentlərarası İttifaqın 148-ci Assambleyası ilə paralel olaraq Gürcüstan nümayəndə heyəti görüşlər keçirir
Cenevrədə Parlamentlərarası İttifaqın 148-ci Assambleyası ilə paralel olaraq Gürcüstan nümayəndə heyəti ikitərəfli görüşlər keçirir.
Qayana parlamentinin sədri, Kabo Verde parlamentinin vitse-spikeri, Qazaxıstan Nümayəndələr Palatasının Xarici Əlaqələr Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri, Pakistan Senatının Xarici Əlaqələr Komitəsinin sədri ilə görüşlər zamanı tərəflər ikitərəfli və çoxtərəfli formatda parlamentlərarası əməkdaşlıq məsələlərini müzakirə ediblər. Həmçinin iqtisadi, mədəni, təhsil və digər istiqamətlərdə əməkdaşlığın perspektivlərindən danışılıb.
Gürcüstan tərəfi Gürcüstanın ərazi bütövlüyünə sarsılmaz dəstəyə görə həmkarlarına təşəkkür edib.
Britaniya parlamentinin nümayəndə heyəti ilə keçirilən görüşdə Gürcüstandaki mövcud siyasi proseslərdən danışılıb. Britaniya tərəfi Avropa İttifaqı tərəfindən Gürcüstana namizəd statusunun verilməsini müsbət qiymətləndirib və Gürcüstanın Avropa və Avro-Atlantiyə can atmasını dəstəklədiyini qeyd edib.
Gürcüstan parlamentinin nümayəndə heyətinə sədrin birinci müavini Giorgi Volski rəhbərlik edir. Nümayəndə heyətinin tərkibinə Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze, Ətraf Mühitin Mühafizəsi və Təbii Sərvətlər Komitəsinin sədrinin birinci müavini Xatia Tsilosani və Xarici Əlaqələr Komitəsinin üzvü Davit Zilpimiani daxildir.
Bu barədə məlumatı Gürcüstan parlamentinin mətbuat xidməti yayır.