Çen Dzinq İrakli Kobaxidzeyə - Çin və Gürcüstan əməkdaşlıq üçün böyük potensiala malikdir və bu səfər əməkdaşlığın daha da genişləndirilməsi üçün irəliyə doğru atılmış daha bir addım olacaq
İrakli Kobaxidzenin rəhbərlik etdiyi “Gürcü Arzusu”nun nümayəndə heyəti Şanxay Şurasının sədr müavini Çen Dzinq ilə görüş keçirib.
Çen Dzinq, hakim partiyanın nümayəndə heyətinin səfərinin iki ölkə arasında münasibətlərin inkişafının müsbət dinamikasına daha da töhfə verəcəyini bildirib.
“Bu gün sizi Şanxayda görməyimə şadam. Mən Gürcüstanda olmuşam və ölkənizdən böyük təəssüratlarla ayrıldığım yadımdadır. Biz ölkələrimiz arasında münasibətlərin inkişaf dinamikasından məmnunuq. Ölkələrimiz əməkdaşlıq üçün böyük potensiala malikdir və bu səfər əməkdaşlığın daha da genişləndirilməsi üçün irəliyə doğru atılmış daha bir addım olacaq” – deyə Çen Dzinq bildirib.