Çexiyanın xarici işlər naziri - Ukrayna, Moldova və Gürcüstan üçün Avropa perspektivi Çexiyanın prioritetləri siyahısında önəmli yer tutur
Çexiyanın xarici işlər naziri - Ukrayna, Moldova və Gürcüstan üçün Avropa perspektivi Çexiyanın prioritetləri siyahısında önəmli yer tutur

 

Çexiyanın xarici işlər naziri Yan Lipavskinin sözlərinə görə, Çexiyanın prioritetləri siyahısında Ukrayna, Moldova və Gürcüstan üçün Avropa perspektivi önəmli yer tutur.

Çex diplomat bu barədə Praqada Moldovanın xarici işlər naziri Niku Popesku ilə görüşü zamanı bildirib.

“Nazir Popeskunu əmin etdim ki, biz Moldovanı təkcə konkret olaraq deyil, həm də siyasi cəhətdən, xüsusən də onların Avropa ambisiyalarında Ukraynanı dəstəklədiyimiz kimi dəstəkləyirik. Mən ona Avropa İttifaqı Şurasında Çexiyanın sədrliyi çərçivəsində Avropa prioritetlərimiz barədə məlumat verdim, Ukrayna, Moldova və Gürcüstan üçün Avropa perspektivi prioritetlər siyahımızda önəmli yer tutur” – deyə Çexiyanın xarici işlər naziri Yan Lipavski bildirib.

Çexiya iyulun 1-dən Avropa İttifaqı Şurasına sədrlik edəcək.