Çexiyanın xarici işlər naziri - Gürcüstan bizim tam dəstəyimizə malikdir
Çexiyanın xarici işlər naziri İan Lipavski “Twitter” sosial şəbəkəsində Gürcüstanın baş naziri İrakli Ğaribaşvili ilə görüşünə münasibət bildirir.
İan Lipavski Gürcüstanın Çexiyanın tam dəstəyinə malik olduğunu yazır.
“Gürcüstanın baş naziri İrakli Ğaribaşvili ilə görüşməyimə şadam. İkitərəfli münasibətlərimizdən əlavə, Gürcüstanın Avropa istəklərindən və regional çağırışlardan danışdıq. Gürcüstan bizim tam dəstəyimizə malikdir!”-deyə Çexiyanın xarici işlər naziri qeyd edir.