Çexiyanın ədliyyə naziri - gürcü penitensiar sisteminin Avropa İttifaqının standartlarına cavab verdiyinə əmin oldum
Çexiyanın ədliyyə naziri - gürcü penitensiar sisteminin Avropa İttifaqının standartlarına cavab verdiyinə əmin oldum

 

Çexiyanın ədliyyə naziri Pavel Blajek gürcü penitensiar sisteminin müasir standartlara uyğun olduğunu və Avropa İttifaqının standartlarına cavab verdiyini açıqlayıb.

“Rustavinin penitensiar müəssisəsinə baş çəkmək imkanım oldu, orada əmin oldum ki, gürcü penitensiar sistemi Avropa İttifaqının standartlarına cavab verir. Bu, həm ümumilikdə Avropa İttifaqı ilə yaxınlaşma , həm də ikitərəfli münasibətlər kontekstində bizim üçün çox vacibdir, çünki biz də ekstradisiya ilə bağlı qərarlar qəbul edirik və yerli penitensiar müəssisələrdə şəraitin Aİ standartına uyğun olduğuna əmin olmaq vacibdir ” – deyə Çexiyanın ədliyyə naziri Pavel Blajek mövcud infrastruktur və məhkumların yaşayış şəraiti ilə ətraflı tanış olduğu 16 saylı cəzaçəkmə müəssisəsinə baş çəkdikdən sonra açıqlayıb.

Məlumatı Xüsusi Penitensiar Xidmət yayır.