Çexiyada restoranda baş verən partlayış nəticəsində 6 nəfər ölüb, 8 nəfər yaralanıb

15:02, 12.01.2025

Çexiyanın şimal-qərbində yerləşən Most şəhərindəki restoranlardan birində partlayış baş verib. Qəza nəticəsində 6 nəfər ölüb, 8 nəfər yaralanıb.

Medianın məlumatına görə, partlayışdan sonra restoranın yaxınlığında yaşayan insanlar təxliyə edilib.

Yanğınsöndürmə xidmətinin məlumatına görə, yanğın qızdırıcının həddindən artıq qızmasından sonra baş verib və bu, ehtimal ki, restoranın partlamasına səbəb olub.

Çexiya polisinin məlumatına görə, hadisə ilə bağlı araşdırma aparılır.

Oxşar