Çexiyada ildırım vurması nəticəsində 18 nəfər xəsarət alıb
Çexiyada ildırım vurması nəticəsində 18 nəfər xəsarət alıb

 
Çexiyada ildırım vurması nəticəsində 18 nəfər xəsarət alıb. “BBC”nin verdiyi məlumatda, hadisənin Liberetsi bölgəsində Vratislaviçe Sarayının parkında uşaq tədbirinin keçirildiyi zaman baş verdiyi deyilir.

Media, ildırımın parkda vətəndaşların yağışdan sığındığı ağaca düşdüyünü yazır. Xəsarət alanlar arasında 2-16 yaş arası 5 uşaq var. Onlardan biri helikopterlə Praqadakı xəstəxanaya aparılıb, 17 yaralı isə yerli xəstəxanada müalicə olunur.