Çexiya səfirliyi - Çexiyanın səfiri Gürcüstan hakimiyyətinin sanksiyalar məsələsi ilə bağlı prinsipial mövqeyini bilir və yüksək qiymətləndirir
Çexiya səfirliyi - Çexiyanın səfiri Gürcüstan hakimiyyətinin sanksiyalar məsələsi ilə bağlı prinsipial mövqeyini bilir və yüksək qiymətləndirir

 

Çexiyanın səfiri Petr Mikiska və Gürcüstanın xarici işlər nazirinin müavini Aleksandre Xvtisiaşvili son günlər gürcü KİV-də Çexiya Respublikası və Gürcüstan arasında ikitərəfli ticarətlə bağlı yayılmış publikasiyalarla bağlı səmərəli görüş keçiriblər – bu barədə Çexiyanın Gürcüstandakı səfirliyinin rəsmi “Facebook” səhifəsində yerləşdirilmiş məlumatında deyilir.

“Səfir onun şərhinin kontekstdən çıxarılmış formada yayıldığını və Rusiyaya qarşı sanksiyalarla yox, ümumilikdə ticarətlə bağlı olduğunu qeyd edib, çünki səfir Gürcüstan hakimiyyətinin sanksiyalarla bağlı prinsipial mövqeyini bilir və yüksək qiymətləndirir.

Tərəflər bu və digər həssas məsələlərlə bağlı gələcək məlumat mübadiləsini müzakirə ediblər. Güman edirik ki, Gürcüstan hakimiyyətinin şübhələri yoxdur və bu mövzu əlavə müzakirəyə layiq deyil”- deyə məlumatda qeyd olunub.