Çexiya parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova İlia Darçiaşvilini qəbul edib
Çexiya parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova İlia Darçiaşvilini qəbul edib

 
Çexiyaya səfəri çərçivəsində Gürcüstanın xarici işlər naziri, İlia Darçiaşvilini Çexiya parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova qəbul edib.

Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşdə tərəflər Gürcüstan və Çexiya arasında parlament ölçüsü əməkdaşlığın daha da dərinləşdirilməsinin əhəmiyyətinə, əsasən də Gürcüstanın Aİ-yə inteqrasiya yolunda Aİ qanunvericiliyi ilə harmonizasiyası nöqteyi-nəzərdən təcrübə mübadiləsinə , eləcə də digər beynəlxalq platformalarda Çexiya parlamenti tərəfindən Gürcüstanın istəklərinin aktiv şəkildə dəstəklənməsi məsələsinə xüsusi diqqət yetiriblər.

“Tərəflər həmçinin Gürcüstan-Çexiya ikitərəfli əməkdaşlığının gündəliyini nəzərdən keçiriblər və Çexiya Senatının sədrinin Gürcüstana planlaşdırılan səfərini müsbət qarşılayıblar.

Regionda yaranmış mürəkkəb təhlükəsizlik mühitindən danışarkən, Çexiya parlamentinin Deputatlar Palatasının sədrinə Gürcüstanın işğal olunmuş rayonlarında yaranmış vəziyyət barədə məlumat verilib. Çexiya tərəfi Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü qəti şəkildə dəstəklədiyini bir daha bəyan edib və Rusiyanın Gürcüstana yönəlik hərəkətlərini qınayıb”-deyə Gürcüstan XİN-in məlumatında deyilir.