Çexiya ordusunda poliqonda baş verən partlayış nəticəsində bir hərbçinin həlak olduğunu bildirirlər
Çexiya ordusunda poliqonda baş verən partlayış nəticəsində bir hərbçinin həlak olduğunu bildirirlər

Çexiya ordusunda poliqonda baş verən partlayış nəticəsində bir hərbçinin həlak olduğunu bildirirlər. Bu barədə Çexiya Silahlı Qüvvələri tərəfindən “X” sosial şəbəkəsində dərc olunan bəyanatda deyilib.

Döyüş sursatının partlaması Libavanın hərbi poliqonunda baş verib. Partlayış nəticəsində həmçinin, 7 əsgər və bir mülki şəxs yaralanıb. Onlar xəstəxanaya yerləşdirilib.

Çexiyanın Silahlı Qüvvələrində hadisə ilə bağlı əlavə məlumatın daha sonra ictimaiyyətə açıqlanacağını bildirirlər.