Çeçenistanda “Rosqvardiya” konvoyu naməlum şəxslər tərəfindən atəşə tutulub
Çeçenistanda “Rosqvardiya” konvoyu naməlum şəxslər tərəfindən atəşə tutulub. Bir mühafizəçi həlak olub, biri isə yaralanıb.
Bu barədə Rusiya mətbuatı “Rosqvardiya”nın mətbuat xidmətinə istinadən məlumat yayıb.
“Qroznı şəhərinin kənarında naməlum şəxslər hərbi karvana hücum ediblər. Açılan atəş nəticəsində bir hərbçi həlak olub, digəri isə yaralanıb”. – bəyanatda deyilir.
Onlar “Roqqvardiya” konvoyuna hücum edənləri axtarırlar.