Ceims Matis - Amerika Gürcüstanın öz hərbi imkanlarını gücləndirmək və modernizasiya etdirmək istəyinini dəstəkləyir
Amerika Gürcüstanın öz hərbi imkanlarını gücləndirmək və modernizasiya etdirmək istəyinini dəstəkləyir, – bu barədə bəyanatı ABŞ-ın Müdafiyə Katibi Ceims Matis, Levan İzoria ilə görüşdən sonra verdi.
Ceims Matis Gürcüstanın Müdafiyə Nazirliyində həyata keçirilən hərbi islahatları müsbət dəyərləndirdi.
ABŞ-ın Müdafiyə katibi Gürcüstana, Əfqanistandaki hərbi missiyada iştirak etdiyi üçün təşəkkürünü bildirdi. Onun dediyinə görə, Əfqanistanda təqdim edilən 871 hərbçisi ilə, Gürcüstan digərləri üçün nümunəvi bir ölkədir.
“Amerika Gürcüstanın yanındadır” – deyərək, Ceims Matis, ABŞ-ın vitse-prezidentinin Gürcüstanda səfərdə olduğu zaman, dediyi sözləri təkrarladı.
Gürcüstanın müdafiyə Naziri Levan İzoria rəsmi səfərlə ABŞ-dadır. Səfər çərçivəsində həmçinin, Bəyaz Evdə və Konqresdə də görüşlər planlaşdırılıb.
Daha sonra isə, Gürcüstanın nümayəndə heyyəti senatda ABŞ-ın silahlı qüvvələr komitəsinin nümayəndəsi Lindsi Qreimlə görüşəcək.
Gürcü nümayəndə heyyətinin tərkibinə: Müdafiyə Nazirinin birinci müavini Lela Çikovani, Gürcüstanın Silahlı qüvvələrinin rəhbəri, general-mayor Vladimer Çaçibaia və idarənin digər üzvləri daxildirlər.