Çayın daşması nəticəsində Erisimedi kəndində yaşayış evinin zirzəmilərini, tikililər və həyət-baca torpaqlarını su basıb
Çayın daşması nəticəsində Erisimedi kəndində yaşayış evinin zirzəmilərini, tikililər və həyət-baca torpaqlarını su basıb

 

Siğnaği Munisipalitetinin Erisimedi kəndində çayın məcrasından çıxması nəticəsində iyirmiyə yaxın evin zirzəmisini və həyətyanı sahələri su basıb. Bundan başqa, kəndin mədəniyyət evini, ambulatoriya və uşaq bağçasını da su basıb.

“Evin həyəti və zirzəmisi su ilə doludur. Buğdanı və tikinti materiallarını zirzəmidə saxlayırdım, su hər şeyi məhv etdi. Evdən də çıxa bilmirəm, həyət su ilə doludur, indi xilasedicilər bizə kömək etmək üçün gəliblər “-deyə kənd sakinlərindən biri Pati Xozrevanidze bildirib.

Yerli hökumətin, xilasetmə xidmətinin və sərhəd polisinin nümayəndələri səhərdən etibarən Erisimedi kəndindədirlər, əhaliyə suyun çəkilməsi işlərində kömək edirlər. Texnika əraziyə səfərbər olunub və müvafiq işlər aparılır.