Cava küçəsində yaşı 50-dək olan kişi qətlə yetirilib
Cava küçəsində yaşı 50-dək olan kişi qətlə yetirilib

 

Tbilisidə, Cava küçəsində yaşı 50-dək olan kişinin öldürüldüyü yerdə istintaq hərəkətləri davam edir.

Ekspert-kriminoloqlar hadisə yerində müxtəlif ekspertizalar üçün lazım olan nümunələri götürürlər.

Müstəntiqlər isə şahidləri dindirir və digər istintaq hərəkətləri aparırlar. Hadisə yeri xarici müşahidə kamerası tərəfindən izlənilir, ehtimal ki, qətl faktını qeydə alıb.

Birinci Kanal hadisə yerində şahidlərlə danışıb. Onların sözlərinə görə, bir güllə səsini eşidiblər, bunun yeni il fişəngi olduğunu düşünüblər və fikir verməyiblər. Bəziləri səsi ümumiyyətlə eşitməyib. Onlar qətl faktını görmədiklərini bildiriblər, səs-küyə küçəyə çıxdıqda isə şəxsin artıq dünyasını dəyişdiyinə şahid olublar, cinayətkar olduğu iddia edilən şəxs isə hadisə yerindən artıq gizlənibmiş.

Samxarauli Ekspertiza Bürosuna cənazəsi aparılan şəxs 1 güllə yarası alıb. İstintaq 108-ci, yəni qəsdən adam öldürmə maddəsi ilə başlayıb.