Casusluq ittihamı ilə saxlanılan daha bir şəxs “Qafqaz İnsan Hüquqları İnstitutu”nun rəhbəri İrakli Çixladzedir
Casusluq ittihamı ilə saxlanılan daha bir şəxs “Qafqaz İnsan Hüquqları İnstitutu”nun rəhbəri İrakli Çixladzedir

DTX tərəfindən casusluq ittihamı ilə saxlanılan daha bir şəxs “Qafqaz İnsan Hüquqları İnstitutu”nun direktoru Irakli Chikhladzedir. Bu məlumatı Dövlət Təhlükəsizliyi Xidmətində təsdiqləyiblər.

Mövcud məlumata görə, Irakli Chikhladze həmçinin “Mülki Dinləmələrin Qafqaz Mərkəzi”nin üzvü, “Tsxinvali Regional Həmkarlar İttifaqları Mərkəzi”nin idarə heyətinin üzvü və “Tekali” Assosiasiyasının təsisçisidir.

DTX-də keçirilən brifinqdə bildirilib ki, saxlanılan şəxs öz ölkəsinin maraqlarına zidd olaraq, jurnalist, ekspert və digər peşəkar dairələrdəki şəxsi əlaqələrindən istifadə etməklə, xarici ölkənin xüsusi xidmət orqanlarının maraqlarına uyğun şəkildə sistemli olaraq onlar üçün kəşfiyyat xarakterli məlumatlar toplayıb və ötürüb. Qurumun məlumatına görə, onun ötürdüyü informasiyalar Gürcüstan və qonşu ölkələrdə baş verən proseslərlə bağlı maraq doğuran məlumatları əhatə edib.

Bununla yanaşı, DTX-də qeyd olunub ki, o, onlayn platforma adı altında kəşfiyyat şəbəkəsini idarə edib, həmçinin xüsusi xidmət orqanlarından alınan vəsaitləri şəbəkə üzvləri arasında bölüşdürüb.

Xatırladaq ki, bundan əvvəl DTX casusluq ittihamı ilə Gulbaat Rtskhiladzeni, yəni “Avrasiya İnstitutu”nun təsisçisini də saxlamışdı.