Castin Trudeau – Kanadanın ABŞ-ın bir hissəsi olmaq şansı yoxdur

11:28, 08.01.2025

Kanadanın Amerika Birləşmiş Ştatlarının bir hissəsi olmaq şansı zərrə qədər də yoxdur. – Kanadanın keçmiş baş naziri Castin Trüdo bu barədə sosial şəbəkədə yazır.

Trüdonun sözlərinə görə, hər iki ölkənin cəmiyyətləri ABŞ və Kanadanın ticarət və təhlükəsizlik sahəsində tərəfdaş olmasından faydalanır.

Bundan əvvəl Donald Tramp bir daha ABŞ-ın 51-ci ştatı olaraq Kanadaya qoşulmağı təklif etmişdi.

“Kanada və ABŞ, bu, həqiqətən bir şey olardı. Artıq süni sərhəd olmayacaqdı. Milli təhlükəsizlik çox yaxşılaşdırılardı. Unutma: biz mahiyyətcə Kanadanı müdafiə edirik”. – deyə Donald Tramp jurnalistlərlə danışarkən bildirib.

Məlumat üçün bildirək ki, ötən ay Donald Tramp Castin Trüdo ilə görüşündə Kanadanın ABŞ-ın 51-ci ştatı olması barədə zarafat edib.

Oxşar