Çarlz Mişel Volodimir Zelenskini oktyabrın 17-də Avropa Şurasının sammitinə dəvət edib
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Ukrayna Prezidenti Volodimir Zelenskini Avropa Şurasının oktyabrın 17-də keçiriləcək növbəti sammitinə dəvət edib. Mişel bu barədə sosial şəbəkələrdə məlumat verib.
“Mən prezident Volodimir Zelenskini Ukraynada davam edən Rusiya müharibəsində son hadisələri qiymətləndirmək və “qələbə planını” təqdim etmək üçün oktyabrın 17-də keçiriləcək Avropa Şurasının sammitinə dəvət etmişəm”. – Mişel yazır.
Məlumat üçün bildirək ki, ötən həftələrdə Ukrayna prezidenti London, Paris, Roma və Berlinə səfər edib və orada “qələbə planı”nın təfərrüatlarını təqdim edib.