Çarlz Mişel – Avropa İttifaqı “sarı kart” və ya “qırmızı kart” sözlərindən istifadə edir, bu, alçaldıcıdır, eyni zamanda həm oyunçu, həm də hakim olduğumuz təəssüratı yaradır
Avropa İttifaqı standartların pozulmasından danışarkən “sarı vərəqə” və ya “qırmızı kart” sözlərindən istifadə edir. – Bunu “Financial Times” qəzetinə müsahibəsində Avropa Şurasının prezidenti səlahiyyətlərini icra edən Çarlz Mişel deyib.
Çarlz Mişelin fikrincə, bu sözlər alçaldıcıdır.
“Avropa İttifaqının balıqçılıq qaydaları kimi ticarət tərəfdaşlarına öz standartlarını və qaydalarını tətbiq etməyə yanaşması çox vaxt alçaldıcıdır. Avropa İttifaqı standartların pozulmasından danışarkən “sarı vərəqə” və ya “qırmızı kart” sözlərindən istifadə edir. İstifadə etdiyimiz sözlər həqiqətən alçaldıcıdır, çünki biz meydanda həm oyunçu, həm də hakim olduğumuz təəssüratını yaradırıq”. – Çarlz Mişel qeyd etdi.