Cari həftədə parlamentdə maliyyə nazirinin saatı, Milli Bankın prezidentinin interpelyasiyası və parlament sədrinin hesabatının dinlənilməsi keçiriləcək
Cari həftədə parlamentdə maliyyə nazirinin saatı, Milli Bankın prezidentinin interpelyasiyası və parlament sədrinin hesabatının dinlənilməsi keçiriləcək

 
Cari həftədə Gürcüstan parlamentində maliyyə nazirinin saatı, Milli Bankın prezidentinin interpelyasiyası və parlament sədrinin hesabatının dinlənilməsi keçiriləcək.

Şalva Papuaşvili, fevralın 20-də plenar iclasın siyasi bəyanatlarla başlayacağını, daha sonra isə qanun layihələri müzakirə edəcəklərini və səs verəcəklərini bildirib.

Papuaşvili qeyd edib ki, fevralın 21-də İrakli Kobaxidzenin əvəzedicisinin səlahiyyətlərinin tanınması məsələsi səsə qoyulacaq, daha sonra isə nazir saatı formatında maliyyə naziri dinləniləcək.

Fevralın 22-də Şalva Papuaşvili illik hesabatı deputatlara təqdim edəcək, fevralın 23-də isə Milli Bankın prezidentinin interpelyasiyası keçiriləcək.