Can-Lyuk Melenşon hesab edir ki, yeni Fransa hökumətinin gələcəyi yoxdur və üzvlərini istefaya çağırır

17:50, 22.09.2024

“İtaətsiz Fransa” solçu partiyasının qurucusu Can-Lyuk Melenşon Fransanın yeni hökumətinin gələcəyinin olmadığını düşünür və üzvlərini dərhal istefaya çağırır.

“Makronun yeni fəlakət filminin aktyor heyəti açıqlanıb. Bu birliyin nə legitimliyi var, nə də gələcəyi. Ən qısa zamanda ondan qurtulmalıyıq”. Melanşon sosial şəbəkədə yazıb.

Məlumat üçün bildirək ki, Yelisey Sarayı sentyabrın 21-də Nazirlər Kabinetinin yeni tərkibini açıqlayıb. Yeni hökumət üzvlərinin əksəriyyəti sağ mərkəzçi partiyanın nümayəndələridir. Nazirlər Şurasının ilk iclası bazar ertəsinə təyin edilib.

Xatırladaq ki, Mişel Barnier sentyabrın 5-də Fransanın baş naziri təyin edilib və yeni kabinetin formalaşdırılması iki həftədən çox vaxt aparıb.

İyul ayında Fransada keçirilən növbədənkənar seçkilər nəticəsində nə keçmiş iqtidar partiyası, nə də müxalifətdəki sağ və sol qüvvələr səs çoxluğu qazana bilməyib.

Fransa mətbuatı yazır ki, yeni Fransa hökumətinin ilk sınağı oktyabrın 1-də, yeni baş nazir öz siyasi proqramını Milli Assambleyanın deputatlarına təqdim etmək niyyətindədir.

Oxşar