Cabua Amirecibi şosesində torpaq kütləsinin dağılması səbəbindən avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq
Cabua Amirecibi şosesində torpaq kütləsinin dağılması səbəbindən avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq

 
Qayalıq yamacın möhkəmləndirilməsi işlərinin aparıldığı Cabua Amirecibi şosesində bol yağıntı səbəbindən torpaq kütləsi dağılıb-məlumatı Tbilisinin Meriyası yayır.

Meriyadan verilən məlumata əsasən, yaranmış vəziyyətdən irəli gələrək bu gün saat 18:00-dək Cabua Amirecibi şosesindəki tuneldən Tamaraşvili küçəsi istiqamətində avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq.

“Məhdudiyyət müddətində avtomobillər Kakutsa Çoloğaşvili şosesi, Sulxan Tsintsadze və Mixeil Tamaraşvili küçələrindən istifadə etməklə hərəkət edə biləcəklər” -deyə Tbilisinin Meriyasının bəyanatında qeyd olunub.