Çabua Amirecibi magistral yolunda qayalıq yamacın bir hissəsinin möhkəmləndirilməsi ilə əlaqədar gecə saatlarında avtomobillərin hərəkəti məhdudlaşdırılacaq
Təhlükəsizlik məqsədilə Çabua Amirecibi magistral yolunda qayalıq yamacın qalan hissəsinin möhkəmləndirilməsi işləri başlanılır.
Tbilisi meriyasının məlumatına görə, martın 28-də başlayacaq və yayın sonunadək başa çatdırılacaq işləri Tbilisi meriyasının İnfrastrukturun İnkişafı Xidməti həyata keçirir.
Onların məlumatına görə, layihəyə uyğun olaraq qaya təmizləmə işləri aparılacaq və daşların düşməsinə qarşı tor qurulacaq.
“Layihə çərçivəsində saat 00:00-dan 07:00-dək Çabua Amirecibi magistral yolunda, Çabua Amirecibi və Kakutsa Çoloğaşvili avtomobil yollarının kəsişməsindən Mixeil Tamaraşvili küçəsinə qədər avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq.
Gecə saatlarında tətbiq olunan məhdudiyyətlər işlər başa çatana qədər qüvvədə qalacaq və həmin vaxt avtomobillər Kakutsa Çoloğaşvili magistral yolundan, Sulxan Tsintsadze və Mixeil Tamaraşvili küçələrindən istifadə edərək hərəkət edə biləcəklər.
Gündüz saatlarına gəlincə, ərazidə qismən məhdudiyyət tətbiq olunacaq və sürücülər yalnız bir hərəkət zolağında hərəkət edəcəklər”, – Tbilisi meriyasının məlumatında qeyd olunur.