Caba Samuşia Tbilisi Dövlət Universitetinin rektoru seçilib
Caba Samuşia Tbilisi Dövlət Universitetinin rektoru seçilib

 

Caba Samuşia İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin rektoru seçilib.

TDU-nun rektorluğu üçün yalnız bir namizəd – Caba Samuşia müraciət etmişdi. Caba Samuşia indiyədək TDU-nun rektoru vəzifəsini icra edirdi.

Universitetin Akademik Şurası 30-cu rektoru siyahı tərkibinin səs çoxluğu ilə seçib. Akademik Şuranın 38 üzvündən 32-si seçkilərdə iştirak edib. Seçki komissiyasının katibi iki bülletenin ləğv edildiyini, Akademik Şuranın seçkilərdə iştirak edən 30 üzvünün Caba Samuşiaya səs verdiyini açıqlayıb.

Seçkilərdə səslərin hesablanması prosesini “Gənc Hüquqşünaslar” qeyri-hökumət təşkilatından iki müşahidəçi izləyib.

Məlumat üçün bildirək ki, Qiorqi Şarvaşidze oktyabrın 7-də TDU-nun akademik şurasına rektor vəzifəsindən istefa tələbilə müraciət edib.