BVF - 2020-ci ildə, Gürcüstanın iqtisadi artım proqnozu 4.3 faiz təşkil edir, inflyasiya isə, məqsədlənən göstəriciyə çatacaq
BVF - 2020-ci ildə, Gürcüstanın iqtisadi artım proqnozu 4.3 faiz təşkil edir, inflyasiya isə, məqsədlənən göstəriciyə çatacaq

Beynəlxalq valyuta fondu (BVF) ehtimal edir ki, 2020-ci ildə Gürcüstan iqtidarı 4.3 faiz ilə artacaq.

Eyni zamanda, fondun proqnozuna görə, inflaysiya planlanan 3 faizlik göstəriciyə nail olacaq.

Beynəlxalq valyuta fondu həmçinin, Gürcüstanın Milli Bankı tərəfindən monetar siyasətin sərtləşdirilməsini müsbət dəyərləndirir.

BVF missiyası Mersedes Vera Martinin rəhbərliyi ilə, fevralın 5-11-də Gürcüstanda idi.

Missiyanın məqsədi ölkə iqtisadiyyatında və maliyyə sektorunda baş verən prosesləri və struktur islahatlarının tərəqqisinin dəyərləndirilməsidir.

Vera Martinin bəyanatına görə, Gürcüstan iqtisadiyyatının artımı hələdə möhkəmdir.

İlkin dəyərləndirmələrə görə, 2019-cu ildə, iqtisadi artım 5.2 faiz təşkil etdi və bu da BVF-nın 4.6 faizlik artımını aşdı.

Beynəlxalq Valyuta Fondunun Missiyasının dəyərləndirmələri və Mersedes Vera Martinin bəyanatları haqqında məlumatı Gürcüstanın Milli Bankı yayır.