Buta Robakidze məsələsində suçlu bilinən Zaza Bakradze ona qarşı irəli sürülən ittihamları doğrulayır və bəyan edir ki, hadisə yerində silah yox idi
Buta Robakidzenin ölümü ilə bağlı məsələdə ittiham edilən və axtarışda olan Tbilisinin sabiq kriminal polisinin rəhbəri Zaza Bakradze, ona qarşı irəli sürülən ittihamları beş ildən sonra qəbul edir və bəyan edir ki, Robakidzenin öldürüldüyü yerdə silah yox idi.
Zaza Balkradze Birinci Kanala bəyan etdi ki, polis Giorgi Başaleişvili tərəfindən istənmədən öldürülən Robakidzeyi cinayətkar kimi göstərmək lazım oldu. Bu məsələnin üstünün qapadılmasını ona Tbilisi Patrul Polisinin sabiq rəhbəri Zurab Mikadze şəxsən tapşırdı.
“Bəli ittihamlarla razıyam. Buta Robakidzenin öldürüldüyü yerdə, elə ictimaiyyətin bildiyi hadisə baş verdi. Orada olanlar haqqında mən hadisədən 40 dəqiqə sonra öyrəndim. Mən o zamanlar baş idarənin rəhbəri Aleksandre Qvazavanın müavini idim. Hadisə yerini ilk görənlərdən biri mən idim və bilirəm ki, Robakidzenin maşında silah yox idi. Orada olmayan silahı gətirib, oraya qoyduqlarını da gördüm” – dedi Zaza Bakradze.
Onun dediyinə görə, bugün suçlu stulunda oturan şəxslərin hamısı hadisə yerində idi.
“Mikadze mənə dedi ki, patrulun səhvini bəlli edib, onu günahlandırmaq olmaz və çıxış yolu olaraq, öldürülən gənci, kriminal kimi elan etmək olduğunu bəyan etdi.
Zaza Bakradzenin şərhini Birinci Kanal Skyple yazdı.