Büronun bugünkü iclasında MSK-nın tərtibi ilə bağlı "Seçki Məcəlləsi"ndə hazırlanan dəyişikliklərin təşəbbüsü irəli sürüləcək
Büronun bugünkü iclasında MSK-nın tərtibi ilə bağlı “Seçki Məcəlləsi”ndə hazırlanan dəyişikliklərin təşəbbüsü irəli sürüləcək. Hakim komanda dəyişikliklərin sürətləndirilmiş şəkildə müzakirə edilməsini tələb edir.
Qanun layihəsi MSK sədrinin və üzvlərinin seçilməsi üçün üç mərhələdən ibarət prosesi nəzərdə tutur. Konkret olaraq, layihəyə əsasən, birinci səsvermədə 90, ikinci səsvermə üçün 76 səs tələb olunacaq.Təkrar səsvermənin də keçirilməsi mümkün olacaq və burada da 76 səs tələb olunacaq.
Əgər heç bir səsvermə nəticəsində namizədlər seçilə bilməsə, parlament səsverməsindən sonra prezident prosesə qoşulacaq. Belə ki dəyişikliklərə əsasən, parlament təkrar səsvermə nəticəsində MSK-nın seçiləsi bütün üzvlərini seçə bilmədikdə, namizədlərin seçilməsi üçün açıq müsabiqədə iştirak edən şəxslərin siyahısı və müvafiq müsabiqə sənədləri səsvermədən sonra bir həftəyə prezidentə təqdim ediləcək.