Burkina-Fasonun paytaxtında baş verən silahlı hücum nəticəsində 28 nəfər həlak oldu
Burkina-Fasonun paytaxtında bir neçə obyektə edilən silahlı hücum nəticəsində 28 nəfər həlak oldu.
Hücumun hədəflərindən biri Fransa səfirliyi idi.
Silahlı qarşıdurma zamanı xüsusi təyinat qüvvələri dörd teroristi likvidasiya etdi.
İki tərəfli atışma zamanı yeddi xüsusi təyinatlı öldü.
Görənlərin dediyinə görə, teroristlər avtomat silahından atırdılar.
Fransa prezidenti Emanuel Makron Burkina-Fasoda olan Fransa vətəndaşlarına müraciət etdi ki, bir müddət evdən çıxmaqdan baş qaçırdsınlar.
Uaquayduqunun mərkəzində xüsusi təyinat qüvvələri səfərbər olunub.