Bundestaqın üzvü Frank Şvab - Gürcüstan Avropanın bir hissəsidir və biz bunu dəstəkləyirik, ölkədə daxili qarşıdurmanın səviyyəsini aşağı salmaq labüddür, sonra proses daha sürətlə gedəcək
Bundestaqın üzvü Frank Şvab - Gürcüstan Avropanın bir hissəsidir və biz bunu dəstəkləyirik, ölkədə daxili qarşıdurmanın səviyyəsini aşağı salmaq labüddür, sonra proses daha sürətlə gedəcək

 

Gürcüstan Avropa Şurasının hörmətli üzvüdür. Bizim ittifaq ölkənizi Avropaya, Avropa institutlarına yaxınlaşdırmaq üçün hər şeyi edir-bu barədə Almaniya Bundestaqının deputatı Frank Şvab gürcü jurnalistlərə açıqlamasında bildirib.

Frank Şvab bildirib ki, onun əsas tövsiyəsi ölkədə siyasi temperaturun və daxili qarşıdurmanın səviyyəsini aşağı salmaqdır.

“Gürcüstan Avropanın bir hissəsidir və biz bunu dəstəkləyirik. Əsas tövsiyəm ondan ibarətdir ki, ölkədə siyasi temperatur və daxili qarşıdurma səviyyəsini aşağı salmaq lazımdır. Sonra proses daha sürətlə gedəcək” -deyə Bundestaqın üzvü Frank Şvab açıqlayıb.