Bundestaqın Xarici İşlər Komitəsinin sədri - həmkarım Nikoloz Samxaradze ilə səmimi və açıq müzakirə keçirdim, Gürcüstanın Avropa İttifaqına aid olması ilə razılaşırıq
Bundestaqın Xarici İşlər Komitəsinin sədri Mixail Rot Gürcüstan parlamentinin xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze ilə görüşüb.
Mixail Rotun görüşdən sonra “Twitter” səhifəsində yazdığı kimi, Nikoloz Samxaradze ilə səmimi müzakirə keçirib.
O, Gürcüstanın Avropa İttifaqına aid olduğunu və bunun üçün hökumət və parlamentin işləri yerinə yetirməsi gərəkdiyini bildirib.
“Həmkarım Nikoloz Samxaradze ilə səmimi və açıq müzakirəyə görə təşəkkür edirəm. Biz Gürcüstanın Avropa İttifaqına aid olması ilə razılaşırıq, lakin qarşıda görüləsi çox işlərlə dolu çətin yol var. Gürcü xalqı buna layiqdir, lakin indi hökumətin və parlamentin işləri yerinə yetirməsinin vaxtıdır” -deyə Mixail Rot yazır.