Bülletenlərin 40.21 faizinin hesablanmasından sonra, Ukrayna prezident seçkilərində 30.16 faiz ilə Vladimir Zelenski liderlik edir
Bülletenlərin 40.21 faizinin hesablanmasından sonra, Ukrayna prezident seçkilərində Vladimir Zelenski liderlik edir.
Ukrayna Mərkəzi Seçki Komissiyasının göstəricilərinə görə, Zelenski səslərin 30.23 faizini toplayıb. İkinci yerdə 16.65 faiz ilə Ukraynanın hazırkı prezidenti Petro Poroşenkodur, üçüncü yürdə isə, 13.14 faiz ilə Yuliya Timoşenkodur.
Qeyd olunan göstəricilərlə, prezident seçkilərinin ikinci turuna Zelenski və Poroşenko keçirlər.