Bugünkü plenar iclasda Mixeil Saakaşvili ilə bağlı müvəqqəti istintaq komissiyasının yaradılması məsələsi səsverməyə qoyula bilər
Bugünkü plenar iclasda Mixeil Saakaşvili ilə bağlı müvəqqəti istintaq komissiyasının yaradılması məsələsi səsverməyə qoyula bilər

 

Gürcüstan parlamentinin bugünkü plenar iclasında Mixeil Saakaşvili ilə bağlı müvəqqəti istintaq komissiyasının yaradılması məsələsi səsverməyə qoyula bilər.

Məsələ Mixeil Saakaşvilinin Rustavi həbsxanasından Qldani tibb müəssisəsinə köçürülməsi epizodu ilə bağlıdır.

Parlament əksəriyyəti komissiyanı dəstəkləməyi planlaşdırmır və onun yaradılması təşəbbüsünü ajiotaj yaratmaq üçün bəhanə hesab edir.

Parlamentin İnsan Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Mixeil Sarcveladzenin Gürcüstanın Birinci Kanalına açıqladığı üzrə görünür, “Milli Hərəkat” məsələni siyasi alverlə gündəmə gətirir.

“Bu gün iclasda ikinci komissiyanın yaradılması məsələsi də müzakirəyə çıxarılır. Yəqin ki, bu yolla deputatları razı salmağa çalışacaqlar ki, hansısa formada dəstək qazansınlar. Əks halda, bu komissiyanın təşəbbüsü çoxdandır irəli sürülüb. Görünür, bu günə ən uyğun vaxtı görürlər. Məncə, onlar özləri də başa düşürlər ki, bu cür istintaq komissiyalarının yaradılmasında məqsəd real vəziyyəti aydınlaşdırmaq deyil, ajiotaj yaratmaqdır, çünki belə vəziyyətdə onlar üçün əlverişli siyasi arqumentlər olmayacaq” -deyə Sarcveladze açıqlayıb.

Nizamnaməyə əsasən, komissiyanın yaradılması üçün 50 səs lazımdır. Sözügedən komissiyanı müxalifətin bir hissəsi dəstəkləməyə bilər.