Bugünki hökümət iclasında iqtidarın struktur dəyişikliyi təsdiqlənəcək
Bugünki hökümət iclasında iqtidarın struktur dəyişikliyi təsdiqlənəcək və bundan sonra yeni kabinet parlamentə təqdim ediləcək.
Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili iqtidarda struktur və kadr dəyişiklikləri haqqında bəyanatı noyabrın 13-də verdi.
Dəyişikliyə əsasən, 18 nazirliyin yerinə 14 qaldı.
Avropa və avroatlantik strukturlara inteqrasiya məsələləri üzrə dövlət nazirinin aparatı Xarici İşlər Nazirliyi ilə birləşəcək. İdman Nazirliyi ləğv olunur və Mədəniyyət Nazirliyi ilə birləşdirilir.
Energetika Nazirliyi və Ətraf Mühitin qorunması Nazirliyi isə, İqtisadiyyat Nazirliyi ilə birləşdirilir.
İqtisadiyyat nazirinin vəzifəsinə sabiq Maliyyə Naziri Dimitri Kumsişvili təyin edildi.
Maliyyə Naziri vəzifəsinə isə, Mamuka Baxtadze.
Təhsil naziri – Mixeil Çxenkeli olacaq.
Daxili İşlər naziri isə, sabiq iqtisadiyyat naziri Giorgi Qaxaria olacaq.