Bugünən etibarən, ölkə miqyasında iki ay ərzində, intensiv testləşdirmə proqramı qüvvədə olacaq, gündə 20 min test ediləcək
Bugünən etibarən, ölkə miqyasında iki ay ərzində, intensiv testləşdirmə proqramı qüvvədə olacaq, gündə 20 min test ediləcək

İdarələrarası koordinasiya şurasının iki aylıq planı çərçivəsində, bugündən etibarən, iki ay ərzində, fevralın 1-nə qədər, ölkə miqyasında intensiv testləşdirmə proqramı həyata keçiriləcək, – bu barədə bəyanatı İdarələrarası Koordinasiya Şurasının nəzdində olan operativ qərargahın rəhbər müavini Berdia Siçinava, koordonasiya şurasının iclası başa çatdıqdan sonra keçirdiyi brifinqdə verdi.

Onun dediyinə görə, bu deməkdir ki, dövlət gündə təqribən 20 min test keçirəcək.

“Xüsusi ilə təcili antigen testlərindən istifadə ediləcək, hansının cavabı 20 dəqiqəyə bəlli olur. Bunun məqsədi infeksiya hallarının tez zamanda aşkarlanması və xəstələrin vəziyyətinə gərəkən diqqətin yetirilməsidir.

Testdən sonra, az simptomlular öz-təcriddə və yaxud kovid-mərkəzlərində müalicə olunacaqlar, ağır simptomları olanlar isə, xəstəxanaya gedəcədklər.

Bu məqsədlə, iki ay ərzində, bütün müvafiq idarənin qoşulması təmin ediləcək və virus hallarının maksimal şəkildə aşkarlanması məqsədi ilə, testləşdirmə genişləndiriləcək” – dedi Berdia Siçinava.