Bugündən etibarən xarici sürücülük vəsiqəsiqəsinin Gürcüstan vəsiqəsi ilə dəyişdirilməsinin yeni qaydası qüvvəyə minəcək
Daxili İşlər Nazirliyinin müvafiq əmri əsasında, Xidmət Agentliyi, xarici sürücülük vəsiqəsinin Gürcüstan vəsiqəsi ilə əvəz edilmə qaydasına dəyişikliklər əlavə etdi. Dəyişikliklər bugündən etibarən qüvvəyə minəcək.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, yeni requlyasiyalara əsasən, xaricdə götürülən sürücülük vəsiqəsinin yerli vəsiqə ilə əvəz edilməsi üçün, xarici ölkə vətəndaşı Gürcüstanda bir il ərzində, ən az 185 gün yaşamalıdır və dəfələrlə Gürcüstana gəlməlidir.
Xarici ölkə tərəfindən verilən sürücülük vəsiqəsi olan Gürcüstan vətəndaşı isə, yerli sürücülük vəsiqəsini almaq üçün növbəti sənədləri təqdim etməlidir:
• Ərizə
• Gürcüstan vətəndaşının şəxsiyyət vəsiqəsi
• Xarici ölkə tərəfindən verilən sürücülük vəsiqəsi
• Qanunvericiliklə təyin edilən qayda ilə leqallaşdırılmış və ya təqsdiqlənmiş sürücülülük vəsiqəsi
• Sağlamlıq haqqında arayış
• Sürücülük vəsiqəsini verən ölkənin müvafiq kompetetnt idarəsi tərəfindən sərhədin keçilməsi barədə verilən arayış
Daxili İşlər Nazirliyinin açıqlamasına görə, qeyd olunan requlyasiya Avroparlament və Avropa Şurasının (2006/126/EC) direktivasına müvafiqdir və hərhansı xarici ölkə tərəfindən verilən sürücülük vəsiqəsinin dəyişdiriməsi prosesində bərabər hüquqlu yanaşma formalaşdıracaq.