Bugün prezidentlə görüşənlərin əksəriyyəti Ali Məhkəmənin sədrinin seçilməsində iştirak etməkdən imtina etdi
Ali Məhkəmənin sədri vəzifəsinə namizədlərin seçilməsi məqsədi ilə, prezident Giorgi Marqvelaşvili ilə bugün keçirilən görüşdə iştirak edənlərin əksəriyyəti sədrin seçilməsi prosesində iştirak etməkdən imtina etdi.
Bu barədə məlumatı prezident sarayında keçirilən görüşdən sonra, konstitusionalist Coni Xetsuriani verdi.
O konsultasiyalar prosesini müsbət dəyərləndirdi və qeyd etdi ki, məsləhətləşmələrlə bağlı prezidentin qərarı doğru idi.
Onun bəyanatına görə, son qərarı prezident verəcək. Bugün keçirilən görüşdə isə, konkret soyadlar haqqında söhbət aparılmayıb.
Ali Məhkəmənin sabiq sədri Nino Qvenetadze vəzifəsini cari ilin avqustun 2-də tərk etdi.