Bugün Gürcüstana Venesiya Komissiyasının nümayəndə heyyəti gələcək, – bu barədə məlumatı Gürcüstan parlamentinin mətbuat xidməti yayır.
“Venesiya Komisiyasının üzvü, Barselona Universitetinin Konstitusiya Hüququ üzrə professor Cozef Maria Kastela Adreu və Venesiya Komisiyasının Konstitusiya hüquq bölməsinin administratoru Ziya Kaqa Tanyar ilk işguzar görüşlərini qanunverici orqanda saat 11:00-da keçirəcəklər.
Saat 14:00-də isə, Venesiya Komisiyasının nümayəndə heyyəti Gürcüstanda fəaliyyət göstərən qeyri-hökümət təşkilatlarının nümayəndələri ilə görüşəcək.
Venesiya Komisiyasının nümayəndə heyyəti Gürcüstanı elə bugün tərk edəcək” – deyilir Gürcüstan parlamentinin mətbuat xidməti tərəfindən verilən məlumatda.