Bugün “Gürcü arzusu” partiyası qurultay keçirəcək. Qurultay saat 14:00-da başlayacaq.
Partiyanın qurultayında “Gürcü arzusu”nun siyasi şurasının tərkibi yenilənəcək.
“Gürcü arzusu”nun sədri İrakli Kobaxidzenin sözlərinə görə, partiyanın nizamnaməsində kiçik dəyişiklik ediləcək, siyasi şuraya əvvəl müəyyən edilmiş 20 üzv əvəzinə 15 üzv seçiləcək.
Siyasi şuranın qərarına əsasən, qurultayın təsdiqinə siyasi şuranın aşağıdakı tərkibi təqdim olunacaq – İrakli Ğaribaşvili, Kaxa Kaladze, Şalva Papuaşvili, Mamuka Mdinaradze, Dimitri Samxaradze, Tea Tsulukiani, Vaxtanq Qomelauri, Tornike Rijvadze, Qiorqi Volski, Arçil Talakvadze, İrakli Çikovani, Anri Oxanaşvili, Nikoloz Samxaradze, Maka Boçorişvili və Mariam Kvrivişvili. Partiyanın nizamnaməsinə əsasən, siyasi şuranın tərkibinə vəzifəsi üzrə partiya sədri də daxildir.
Bundan başqa, qurultayda ümumi siyasi və 2024-cü il parlament seçkilərinə hazırlıqla bağlı məsələlər müzakirə olunacaq.
Müəllif -
Mehemmed Bayramaliyev