Bazarda unun qiyməti doqquz lari ucuzlaşdı. Məlumatı “Buğda və Un İstehsalçıları Assosiasiyası” yayır.
“Buğda və Un İstehsalçıları Assosiasiyasının” direktoru, Levan Silaqavanın bəyan etdiyinə görə, tendensiya ümidvericidir və bazarda optimist əlamətlər var.
“Buğdanın qiyməti bölgə üzrə azaldı. Ümumiyyətlə, dünyada tendensiuya azalmağöa doğrudur. Müvafiq olaraq, son iki həftədir, həm buğdanın, həm də unun qiyməti düşür. Birinci keyfiyyətli unun qiyməti 85 lari idi, sonra 80, indi isə 50 kiloluq kisə unun qiyməti 76 laridir. Bu tendensiya ümidvericidir və bazarda optimist əlamətlər var. Yerli bazarın perspektivini nəzərə alsaq, dəyirmanların fəaliyyətə başlaması mümkündür. Ümumiyyətlə, bilirsiniz ki, dəyirmanlar dayanmışdılar. Rusiyanın buğdaya ixrac gömrük rüsumu kifayət qədər yüksək idi, 100 dolları keçmişdi. Bu gün 68 dollardır”, – Levan Silaqava bəyan edir.